Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ankara və Moskva səfirlikləri vasitəsilə danışıqlar davam edir:
"Əlavə edim ki, danışıqlarda müsbət irəliləyişlər müşahidə olunur".
Xatırladaq ki, Azərbaycana məxsus üç gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılıb.
Azərbaycan XİN-dən verilən məlumata görə, 7 noyabr 2024-cü il tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib.