Seçkilərdə qalib gəlmiş ABŞ prezidenti Donald Tramp Vaşinqtonun mərkəzindəki Capital One Arena-da tərəfdarları qarşısında çıxış edərək, Ukraynada döyüşləri dayandırmağa söz verib.“Ulusum”.az xəbər verir ki, bu barədə AP News məlumat verib. O, 47-ci prezident kimi andiçmə mərasimindən əvvəl tərəfdarlarını əmin edərək, Üçüncü Dünya Müharibəsinin qarşısını alacağını bildirib."Mən Ukraynada müharibəni sona çatdıracağam. Mən Yaxın Şərqdəki xaosu dayandıracağam və Üçüncü Dünya Müharibəsinin qarşısını alacağam," — deyə Tramp bildirib.Onun ətrafındakı mənbə NBC News-ə bildirib ki, Tramp ikinci prezidentlik müddətinin ilk günündə 100-ə qədər fərman imzalamağı planlaşdırır. Gözlənilir ki, bu sənədlər əvvəlki seçki vədlərinin, keçmiş prezident Co Baydenin siyasətinin ləğvi və federal işçi qüvvəsinin strukturunun dəyişdirilməsi ilə bağlı olacaq.Səidə Mustafa
Diqqət Çəkənlər
Ədalət Partiyasi 20 yanvar faciəsinin növbəti il dönümü ilə bağlı bəyanət yayib
Yonhap: Yun Sok Yol tərəfdarlarını məhkəmədə baş vermiş dağıntılardan sonra sülh yolu ilə etirazlar etməyə çağırıb
Axios: Trampın komandası Venesuela Prezidenti Nikolas Maduronun devrilməsini planlaşdırır