AZ

“Transfer pəncərəsi”nin son günündə ciddi keçidlər olacağını gözləyirəm” – bazarda nə baş verir?

Futbol üzrə ölkə çempionatında “transfer pəncərəsi” yanvarın 14-də açılıb və fevralın 10-da qapanacaq.

Bu dövrdə premyer-liqa klubları heyəti gücləndirmək üçün müxtəlif transferlər həyata keçirib. “Qarabağ” Juninyo ilə yolları ayırıb. “Araz-Naxçıvan”a qoşulan və ya ayrılan futbolçu yoxdu. “Turan Tovuz” Anton Kraşkovski, Rəhim Sadıxov və Orxan Əliyev ilə anlaşıb. Komandanın düşərgəsindən ayrılan futbolçu yoxdu. “Zirə” Abbas İbrahimlə, “Sumqayıt” Rəhim Sadıxovla yolları ayırıb. “Şamaxı” Cəlal Hüseynovu, Vüsal Məsimovu, Andrey-Kostin Tırkovyanunuheyətinə qatıb, Conatan Benteke, Zahid Mərdanov, Qurban Səfərov və Ramin Əhmədov ilə vidalaşıb. “Neftçi” Mark Tamaş, Kilan Lebon ilə yolları ayırıb, Rinosuke Ohori ilə anlaşıb. “Kəpəz” Orxan Əliyevu yola salıb,Rati Ardazişvilini heyətinə qatıb. “Səbail” Mirabdulla Abbasovu, Marko Nikoliçi və İnnosent Nşutini heyətinə qatıb.

Bütün indiyəqədərki transferləri nəzərə alanda hansı komandanın daha çox gücləndiyini, hansıların yerində saydığını, hansıların zəyiflədiyini düşünürsüz? Bu sualı menecer Emil Şükürova ünvanladıq:

“Hələ ki ciddi bir transferi qeyd edə bilmərəm. “Səbail” daha cəld tərpənib. Həm müdafiənin mərkəzinə, həm hücum xəttinə oyunçu transfer ediblər. Daha iki mövqeyə oyunçu transfer etməyə yaxın olduqlarını bilirəm. “Kəpəz” yalnız bir oyunçunu heyətə cəlb edə bilib. Onların da əlavə oyunçu axtarışında olduğunu bilirəm. Turnir cədvəlində lider olan klublarda durğunluqdu. Qış transferində legioner oyunçuya görə olan fantastik rüsum ödənişinə görə tələsmədiklərini düşünürəm. Çünki oyunçu heyətə uyğunlaşa bilməzsə, yayda yenidən klubu tərk etmək məcburiyyətində qalacaq. 50 min isə havayı ödənmiş məbləğ olacaq. “Transfer pəncərəsi”nin son günündə ciddi keçidlər olacağını gözləyirəm. Xüsusilə də “Qarabağ”, “Sabah”, Turan Tovuz” və “Neftçi”də”.

ƏSƏD SEYİDOV
Seçilən
39
football-plus.az

1Mənbələr