AZ

13 il sonra ilk - Hələbdə Türkiyə bayrağı dalğalandı

Türkiyənin Hələbdəki Baş Konsulluğunda 13 ildən sonra Türkiyə bayrağı qaldırılıb.

News24.az xəbər verir ki, viza və pasport prosedurları Türkiyənin Hələbdəki Baş Konsulluğunda həyata keçiriləcək. Baş Konsulluq 2012-ci ilin iyulunda Suriyadakı vətəndaş müharibəsi səbəbindən xidmətlərini dayandırıb.

Dekabrın 8-də Suriyada Əsəd rejiminin devrilməsinin ardından dekabrın 12-də Burhan Köroğlu Dəməşqin müvəqqəti işlər vəkili vəzifəsinə təyin edilib. Dekabrın 14-də Dəməşq səfirliyi də açılıb.

Günel Məlikzadə


Seçilən
15
42
news24.az

10Mənbələr