Türkiyənin Hələbdəki Baş Konsulluğunda 13 ildən sonra Türkiyə bayrağı qaldırılıb.
Viza və pasport prosedurları Türkiyənin Hələbdəki Baş Konsulluğunda həyata keçiriləcək. Baş Konsulluq 2012-ci ilin iyulunda Suriyadakı vətəndaş müharibəsi səbəbindən xidmətlərini dayandırıb.
Dekabrın 8-də Suriyada Əsəd rejiminin devrilməsindən sonra dekabrın 12-də Burhan Köroğlu Dəməşqdəki müvəqqəti işlər vəkili təyin edilib. Dekabrın 14-də Dəməşq səfirliyi də açılıb.