AZ

Qarın ağrısı ilə həkimə getdi - 40 dəqiqə sonra doğum etdi

Şotlandiyanın Qlazqo şəhərində yaşayan 22 yaşlı Anna Cekson qarnındakı dözülməz ağrılar səbəbindən xəstəxanaya gedib. 

News24.az xəbər verir ki, xəstəxanaya gedəndə hamilə olduğunu öyrənən gənc qadın 40 dəqiqə sonra doğum edib.

Yaşadığı təəccüblü hadisəni paylaşan Cekson, "Onurğamın ortasında güclü ağrı hiss etdim. Həkimlər hamilə olduğumu söylədikdə çox təəccübləndim. Sanki "Grey's Anatomy" serialının bir bölümünü yaşayırdım".

Doğuş sancıları başladıqdan sonra dərhal doğum otağına aparılan Cekson Talia Smith adını verdikləri qızını dünyaya gətirib.

Valideynliyə hazır olmadıqlarını deyən gənc cütlük ilk vaxtlarda hər şeyin kifayət qədər çətin olduğunu, lakin sevdiklərinin dəstəyi ilə bu prosesi keçdiklərini bildiriblər.

Günel Məlikzadə

Seçilən
24
50
news24.az

10Mənbələr