Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.
Bu barədə “Poliqon”a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə yad etmiş, məzarları üzərinə qərənfillər düzüblər.
Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */