"Məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət olunacaq".
Bunu apasport.az-a açıqlamasında Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev deyib.
Qurum rəsmisi Paris-2024 Yay Olimpiya Oyunlarında medalları korlanan mükafatçıların problemləri barəsində ətraflı araşdırmalar aparıldığını bildirib:
"Hələ ki, iki idmançımızın medallarında bu problem aşkarlanıb. Araşdırmaların nəticələrindən sonra məsələ aydınlaşdırılacaq və BOK-a müraciət olunacaq".
Qeyd edək ki, ötən il Fransanın paytaxtı Parisdə baş tutan Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşən Azərbaycanın iki idmançısının medalı keyfiyyətini itirib.
Nərmin Vüqarqızı
Xəyal Nəcəfov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
"Turan Tovuz"la oyun "Kəpəz"in iki futbolçusu üçün əlamətdar olub
"Qəbələ" "Mingəçevir"i darmadağın etdi
Andrey Ştoqrin: “Neftçi” kimi böyük komandada qol vurmaq qürurdur”
Samir Abasov: “Oyun intizamını düzəltmək lazımdır”