ABŞ-da Donald Trampın 2-ci prezidentlik müddəti bu gün keçiriləcək andiçmə mərasimi ilə rəsmi olaraq başlayacaq.
Paytaxt Vaşinqtonda Konqres binasının qarşısındakı xüsusi platformada keçirilməsi planlaşdırılan andiçmə mərasimi soyuq hava şəraiti səbəbindən Konqres binasının içərisinə keçirilib. Donald Tramp sosial media hesabında mövzu ilə bağlı açıqlama verərək “Ölkəni bürüyən bir qütb fırtınası var. İnsanların hər hansı bir şəkildə zərər görməsini və ya xəsarət almasını istəmirəm” ifadəsini işlədib. O, “Hər halda gəlməyə qərar versəniz, qalın geyinin” xəbərdarlığını edib.
Prezidentlik paradı isə ənənələrdən fərqli olaraq idman zalında təşkil olunacaq. Normalda 200 min nəfərin iştirak etdiyi mərasim bu dəfə 20 min nəfərlə məhdudlaşdırılacaq.
Donald Tramp mərasimdən sonra Ağ Evə keçərək Co Baydenin iştirakı ilə vəzifəni təhvil alacaq. Tramp ilk prezidentlik müddətinin ardından seçkini uduzduqdan sonra 2021-ci ilin yanvarında keçirilən təhvil-təslim mərasiminə qatılmamışdı.