AZ

"Çelsi" klubu yaponiyalı qapıçı ilə maraqlanır

İngiltərə təmsilçisi "Çelsi" İtaliyanın "Parma" klubunun yaponiyalı qapıçısı Sion Suzuki ilə maraqlanır.

News24.az  "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar" 22 yaşlı qolkiperi heyətinə qatmağı düşünür.

"Parma" tərəfi isə "əlcək sahibi" üçün 40 milyon avro qiymət müəyyənləşdirib.

Qeyd edək ki, S.Suzuki cari mövsüm İtalya komandasının heyətində 20 oyunda 31 qol buraxıb, 3 qarşılaşmada isə qapısının toxunulmazlığını qoruyub.\report


Seçilən
21
50
news24.az

10Mənbələr