AZ

Minlərlə türk MEYDANLARDA: “Yol verin Azərbaycana keçək” – VİDEO

1990-cı il yanvarın 20-də Sovet ordusunun Azərbaycanda törətdiyi qətliamdan 35 il keçir. 

Ekologiya.az xəbər verir ki, “Qanlı Yanvar”ın ildönümündə 35 il əvvəl Bakıdakı qırğınlarla bağlı Türkiyədə keçirilən aksiyaların görüntüləri yenidən gündəm olub.

Faciədən 5 gün sonra Türkiyənin Iğdır bölgəsində böyük kütləvi aksiya təşkil edilib, xalq meydanlara tökülüşüb və Azərbaycana dəstəyini ifadə edib. Aksiyada “Yol verin Azərbaycana keçək”, “Ordu Bakıya”, “Azərbaycan türkdür türk qalacaq” kimi şüarlar səsləndirilib. Aksiyalar Türkiyənin İstanbul və Ankara kimi müxəlif bölgələrində də günlərlə davam edib. İstanbuldakı mitinqə 25 min nəfərdən çox insan qatılıb. Lakin ən ciddi dəstək yürüşləri məhz Iğdırda olub.

Faciənin ildönümündə Iğrdıra keçirilən aksiyanın görüntüləri yenidən sosial şəbəkələrin Türkiyə və Azərbaycan seqmentində gündəm olub və yayılmağa başlayıb. //Globalinfo.az


Seçilən
25
4
ekologiya.az

5Mənbələr