Yazını böyüt
Yazını kiçilt
Macarıstanın ölkəmizdəki səfiri Tamaş Torma, Avropa İttifaqının səfirləri və diplomatik korpusun üzvləri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib.
Hafta.az-ın yazdığına görə, Macarıstan səfirinin şəxsi facebuk səhifəsində yazılır: "35 il əvvəl, 1990-cı il yanvarın 20-də, SSRİ rəhbərliyinin Azərbaycanın müstəqillik hərəkatını yatırarkən həyatını itirən Qara Yanvar qurbanlarına hörmət və ehtiramımızı bildiririk".
![](https://hafta.az/photos/2025/01/a3-1737367864.jpg)
Macarıstan səfiri və diplomatik korpusun digər diplomatları şəhidlərin məzarları üzərinə gül dəstələri qoyublar.
"Faciənin qurbanlarını, qəhrəmanları hörmətlə yad edir, qurbanların ailələrinə, eləcə də bütün millətə dərin hüznlə başsağlığı veririk", - bəyanatda deyilir.