AZ

Putin indiyədək ABŞ prezidentləri ilə inauqurasiyadan ən tezi 6 gün sonra danışıb

Putin indiyədək ABŞ prezidentləri ilə inauqurasiyadan ən tezi 6 gün sonra danışıb

Rusiya və ABŞ prezidentləri arasında telefon danışıqları indiyədək en geci Amerika liderinin inauqurasiyasından bir-iki həftə sonra, ən tezi isə altı gün sonra olub.AFN.az xəbər verir ki, bu hesablamanı TASS aparıb. Bildirilir ki, 2021-ci ilin yanvarında inauqurasiyasından altı gün sonra ABŞ-ın hazırkı prezidenti Co Baydenlə Vladimir Putinin telefon danışığı olub. Eyni zamanda 2009-cu ilin yanvarında ABŞ-ın yeni prezidenti Barak Obama ilə Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev arasında danışıq da 6 gün sonra olub.2017-ci ilin yanvarında Donald Trampın ilk prezidentliyi dövründə onunla Putin arasında telefon danışığı Trampın andiçmə mərasimindən səkkiz gün sonra baş tutub. Lakin onlar bundan əvvəl, Trampın 2016-cı ilin noyabrında seçkilərdə qələbə çalmasından sonra, hələ vəzifəyə başlamazdan əvvəl bir dəfə danışıblar.Rusiya lideri 2001-ci ilin yanvarında ABŞ-ın 43-cü prezidentinin andiçmə mərasimindən 11 gün sonra və 2005-ci ilin yanvarında 12 gün sonra Corc Buşla telefonla danışıb.İstisna 2013-cü ildə Obamanın ikinci dəfə ABŞ prezidenti vəzifəsinə başlaması idi. Belə ki, iki ölkə rəhbəri ABŞ prezidentinin inauqurasiyasından 40 gün sonra - 2013-cü il martın 1-də danışıblar. Lakin Rusiya lideri amerikalı həmkarını hələ 2012-ci ilin noyabrında telefonla yenidən prezident seçilməsi münasibətilə təbrik edib.Trampın ABŞ prezidenti kimi andiçmə mərasimi bu gün Vaşinqtonda baş tutacaq. CNN mənbələrə istinadən xəbər verir ki, o, öz komandasına vəzifəsinin icrasına başladıqdan sonra bir neçə gün ərzində Rusiya lideri ilə telefon danışığı təşkil etməyi tapşırıb.

Seçilən
20
50
afn.az

10Mənbələr