AZ

Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın olub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəQəbələ rayonu, Bum kəndində dağlıq-meşəlik ərazidə yanğın başverməsi barədə məlumat daxil olub.

FHN-dən Trend-əbildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət YanğındanMühafizə Xidmətinin Qəbələ rayon Yanğından Mühafizə Hissəsininqüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğınyayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 0.1 hektar ərazidə kol-kos, ağac kötükləri vəxəzəl yanıb.

Meşə massivi yanğından mühafizə olunub.

Məqalədə:
Seçilən
15
38
az.trend.az

10Mənbələr