"Football-plus.az" "Bild"ə istinadla xəbər verir ki, bunlar Benjamin Qoller və Taylan Fumandı. Almaniya nəşri məlumatı komandanın baş məşqçisi Miroslav Klozedən alıb. Mütəxəssis siyahının genişlənə biləcəyini istina etməyib:
"Bir-iki futbolçu transfer etmək istəyirik. Həmçinin bəzi oyunçularla yolları ayırmaq niyyətindəyik. Qoller və Duman açıq-aşkar komandaya kömək edə bilmir. Yanni Serra və Florian Piklə bağlı qərarımız isə qətiləşməyib. Bir müddət gözləmək üçün vaxt var. Həmin müddət ərzində siyahının genişlənməsi mümkündü. Hədəflərimizə çatmaq üçün radikal qərarlar verməkdən çəkinməməliyik. Bu gün irəli atıla bilmək üçün risk almağa ehtiyacımız var".
Xatırladaq ki, "Bild" uzun müddətdi Mahirlə baş məşqçisi arasında münasibətlərin soyuduğunu iddia edir. Hər halda, Klozenin açıqlamalarından hiss olunur ki, həmyerlimizin özünü yaxşı tərəfdən göstərmək üçün vaxtı var. Bundan maksimum istifadə etməyəcəyi təqdirdə 2-ci bundesliqa klubunda həyata keçirilən islahatların qurbanlarından birinə çevriləcək!
KƏNAN BAHADIR