Çalışqan və uğurlu şagirdlər adətən etdikləri işlərlə diqqət çəkirlər. Tez öyrənmə və anlama qabiliyyəti yüksək olan bu şagirdlər praktik zəkaları ilə də ön planda olurlar. Astroloqlar bu cəhətdən bir sıra bürclərin fərqləndiyini deyir. Bəs məktəb həyatında ən uğurlu bürc hansıdır?
Şir bürcü çalışqanlığı sevir. Xüsusilə təhsil həyatında yeni biliklər öyrənmək və özünü inkişaf etdirmək Şir bürcü üçün çox əhəmiyyətli ola bilər. Onlar sinifdə heç kimdən geri qalmaq istəməzlər. Həmişə ən yaxşı olmaq üçün dayanmadan çalışarlar. Bütün diqqətlərin onların üzərində olmasını sevdikləri üçün müəllimlərinin hər verdiyi suala cavab verməyə çalışırlar. Zəka cəhətdən öndə olmaları onları addım-addım uğura aparır.
Əqrəb bürcü isə məktəb həyatında dostluq münasibətlərində və müəllimləri ilə olan dialoqlarında da strateji davranır. Öz mənfəətlərini yaxşı qoruyan və diqqət çəkməyi bacaran şagirdlərdir. Əqrəbləri təhsil həyatında uğura aparan ən önəmli cəhətlər strategiya qura bilmələri və mənfi vəziyyətləri öz xeyirlərinə çevirə bilmə qabiliyyətləridir. Erkən yaşlarda prosesləri idarə etməyi bacarırlar.
Məktəb həyatında həddindən artıq özünəinamlı olan Şir bürcünün qiymət cədvəlində zəif qiymət görmək mümkün deyil.
Əkizlər bürcünün çoxşaxəli xarakteri isə adi məktəb həyatına və gündəlik dərslərə uyğun gəlmir. Təhsil həyatları müxtəlif fəaliyyətlər və fərqli dərslərlə zənginləşdirilərsə, daha çox xoşbəxt olurlar. Özlərini ifadə edə bilmək onlar üçün çox vacib olduğu üçün, sərt qaydaların tətbiq edildiyi və az sorğu-sual olunan bir təhsil sistemi yerinə, özlərini bol-bol ifadə edə biləcəkləri daha rahat və elastik bir təhsil sistemi onları daha çox xoşbəxt edir.
Qoç bürcü iddialılığı ilə seçilir. Uğurlu olmaq üçün dayanmadan çalışa bilər. Qoç bürcünü uğurlu olmağa sövq edən səbəb rəqabətçi xarakteridir. Sinifin bilikli və çalışqan şagirdlərindən geri qalmağa dözə bilməz. Qoç bürcü hər mövzuda iddiasını ortaya qoyur. Girişkən davranır və dərslərə marağı hər zaman yüksək olur. Qiymət cədvəlində aşağı bal görmək mümkün deyil.
İbtidai sinif çağlarında daha çox iddialı olurlar. Yaxşı bir karyeraya sahib olmaq üçün təhsil və məktəb həyatında da ən yaxşı olması lazım olduğunu bilirlər.
Aytac Şahin
Telegram kanalımız