AZ

Cənubi Koreyada dörd yüksək rütbəli zabit vəzifəsindən azad edildi

Cənubi Koreyada dörd yüksək rütbəli zabit vəzifəsindən azad edildi

Cənubi Koreyada prezident vəzifəsindən uzaqlaşdırılan və dünən rəsmən həbs edilən Yoon Suk Yeolun 2024-cü il dekabrın 3-də uğursuz hərbi vəziyyət elan etməsində rol oynamaqda günahlandırılan dörd yüksək rütbəli zabit vəzifəsindən azad edilib."Yonhap" xəbər verir ki, Müdafiə Nazirliyinin nizam-intizam komitəsi Yoonun 2024-cü il dekabrın 3-də hərbi vəziyyətin tətbiqinə uğursuz cəhdində əli olmaqda şübhəli bilinən zabitlərə qarşı tədbir görüb.Nazirlik dörd yüksək rütbəli zabitin, Yeo İn-Hyung, Mun Sang-Ho, Li Jin-Vu və Kvak Jong-Keunun rəsmi olaraq vəzifəsindən azad edildiyini açıqlayıb.Uğursuz hərbi vəziyyət elanı zamanı hərbi vəziyyət komandiri təyin edilən Baş Qərargah rəisi Park An-Su üçün də intizam prosesinin davam etdiyi qeyd edilib.

Seçilən
26
afn.az

1Mənbələr