AZ

D.Tramp Kennedi sui-qəsdinə dair gizli sənədləri ictimaiyyətə açıqlayacağını bildirib

 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp keçmiş prezidentlərdən Con F. Kennedi (JFK) sui-qəsdinə dair gizli sənədləri ictimaiyyətə açıqlayacağını bildirib. 

Tramp paytaxt Vaşinqtonda bu gün keçiriləcək andiçmə mərasimi üçün toplaşan minlərlə tərəfdarı ilə “Capital One Arena” idman salonunda təşkil olunan tədbirdə bir araya gəlib. O, prezidentlik vəzifəsinə başladıqdan sonra görəcəyi işlərdən birinin də Kennedi sui-qəsdinə dair bütün sənədləri ictimaiyyətə açıqlamaq olduğunu deyib. 

Kennedi ilə yanaşı, qardaşı Robert F. Kennedi və Martin Lüter Kinq sui-qəsdləri ilə bağlı bütün sənədləri də ictimaiyyətə açıqlayacaqlarını bildirən Donald Tramp “İctimaiyyətin böyük maraq göstərdiyi digər məsələlərlə bağlı sənədləri də yayınlayacağıq, hamısı dərc ediləcək” ifadəsini işlədib.



Seçilən
15
trt.net.tr

1Mənbələr