AZ

Füzuli Məmmədov: "Bu işin öhdəsindən gələcəyik" - Açıqlama

Azərbaycan Birinci Liqa komandalarından "Mingəçevir"in baş məşqçisi Füzuli Məmmədov apasport.az-a açıqlama verib. 

"Mingəçevir" rəhbərliyində ilk matçından sonra təcrübəli baş məşqçi "Qəbələ" ilə görüşü dəyərləndirib: 

"Oyundan sonra həm yaxşı, həm də pis məqamlar var. Pis məqamlar odur ki, müdafiədə zəif oynadıq. O da öz üzərimizdə işləməklə düzələcək problemdir. Müsbət cəhət isə komandanın çox hərəkətli olmasıdır. Bu, xoşuma gəldi. Futbolçularda bir qədər təcrübəsizlik var. Çoxu gənc futbolçulardır. Düşünürəm ki, bu işin öhdəsindən gələcəyik. Zamanla hər şey daha yaxşı olacaq".

Qeyd edək ki, ötən gün "Mingəçevir" "Qəbələ" ilə yoxlama görüşü keçirib. Füzuli Məmmədovun komandası rəqibinə 4:0 məğlub olub. 

“Kəpəz” 19 ildən sonra: “Turan Tovuz” üçün ilk

Xəyal Nəcəfov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

"Turan Tovuz"la oyun "Kəpəz"in iki futbolçusu üçün əlamətdar olub

"Qəbələ" "Mingəçevir"i darmadağın etdi

Andrey Ştoqrin: “Neftçi” kimi böyük komandada qol vurmaq qürurdur”

Seçilən
22
apasport.az

1Mənbələr