AZ

Husilər Qırmızı dənizdə hücumları dayandırıblar

Bu barədə qruplaşmanın Humanitar Əməliyyatları Koordinasiya Mərkəzibəyanatyayıb. Bildirilir ki, "İsrail və HƏMAS arasında Qəzzada atəşkəs razılaşması üçün belə qərar verilib".

"2023-cü ilin noyabrından bəri gəmilərə qarşı hədəfə aldığımız sanksiyaları dayandırırıq",- bəyanatda deyilir.

Qruplaşma İsrail gəmiləri üçün "sanksiyaları" isə yalnızQəzza zolağında "atəşkəsin bütün mərhələlərinin tam yerinə yetirilməsi şərti ilə" dayandıracağınıdiqqətə çatdırıb.
İsrail və HƏMAS arasında ilk əsir mübadiləsi baş tutub -VİDEO

Xatırladaq ki, ötən günlərdə İsrail və Fələstinin HƏMAS terror təşkilatı arasında atəşkəs razılaşması baş tutub. Bu gün isə atəşkəs çərçivəsində əsir mübadiləsinin ilk mərhələsi həyata keçirilib.

"Husi" qruplaşması ötən ilin noyabrından bəri Qəzzada müharibəyə etiraz məqsədilə Qırmızı dəniz regionunda əsasən İsraillə əlaqəli gəmiləri hədəfə almaqda idi. Bu dəniz ticarəti və ümumiyyətlə, qlobal iqtisadiyyatı ciddi təhlükə altına almışdı. ABŞ və Britaniya terrorçularla mübarizə məqsədilə regiona qoşun göndərmiş, onlara qarşı bir sıra uğurlu əməliyyat keçirmişdi.

Firudin Həmidli
AzVision.az
Seçilən
18
azvision.az

1Mənbələr