"Qalatasaray"ın baş məşqçisi Okan Buruk UEFA Avropa Liqasında Kiyev "Dinamo"su ilə oyun öncəsi "Adana Dəmirspor" matçından sonra "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun açıqlamalarına cavab verib.Buruk "Son iki matça baxdığımızda "Göztepe" və "Başakşəhər"i məğlub edərək reytinqdə daha aşağı olan "Hatayspor"a xal itirdik. Bu matçları oynamaq bacarığı önəmlidir. Ötən mövsüm ardıcıl 17 matçda qalib gəlmişdik. Demək ki, bunu bacarırıq. Hədəfimiz mövsümün sonuna qədər bütün matçlarımızı qazanmaqdır. Beşiktaşda baş məşqçi dəyişikliyi olub. Türk futbolu üçün xeyirli olsun. Solskjaer ölkəmizə xoş gəlib. Belə önəmli isimlərin ölkəmizə gəlişi futbolumuzu daha yaxşı tanıdır” deyib.Qabriel Saranın vəziyyəti ilə bağlı açıqlama verən Buruk "Qabriel Saranın son məşqi ilə bağlı Yener məşqçi ilə danışacağıq. Planlarımız arasında onu bugünkü məşqə aparmaq istəyi var, amma dəqiq deyil. Bununla bağlı görüşümüz olacaq. Bugünkü məşqdən əvvəl Saranın vəziyyətinə baxacağıq” qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta