AZ

Həsən Ameli Azərbaycana qarşı təxribatlarını DAVAM ETDİRİR

Əli Xameneyinin Ərdəbil əyalətindəki nümayəndəsi Həsən Ameli bu dəfə də Ərdəbildə “Dünya Müsəlman “Azəriləri” Günü” adı altında mərasim keçirib.

XəzərNews.azxəbər verir ki, bu barədə “Araz News” Teleqram kanalı məlumat yayıb.

Mərasimə İran hökumətinin İslam adı altında Türkiyədəki muzdlusu, eyni zamanda anti-Azərbaycan fəaliyyəti aparan “Qüds TV”nin rəhbəri Nurəddin Şirin də iştirak edib.

Mərasim “Din, Dil, Torpaq” başlığı ilə keçirilib.

Teleqram kanalı toplantının keçirilməsi məqsədini sorğulayaraq yazıb:

“Hansı din? Bazar və çörək ağacına çevirdiyiniz din? Hansı dil? Məktəblərdə qadağan edilib, uşaqlara zorla yad dil kimi öyrətdiyiniz türk dili? Hansı torpaq? Qarabağda Azərbaycan torpağını ermənilərə peşkəş çəkdiyiniz torpaq? Türk adından niyə qorxursunuz? Panfars sahiblərinizin narahatlığını nəzərə alırsınız?”.

Qeyd edək ki, Nurəddin Şirin Azərbaycana qarşı düşmənçiliyi ilə tanınan biridir.




Xəbər 6 dəfə oxunub.
Seçilən
51
50
xezernews.az

10Mənbələr