AZ

Qəbiristanlıqdan oğurluq edən şəxs HƏBS EDİLDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Göygöl rayonunda qəbiristanlıqdan 4 ədəd mərmər gülqabı oğurlayan şəxs həbs edilib.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Göygöl rayonunda anadan olmuş B.H. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib.
Aparılan araşdırma zamanı B.H.-nın oğurluğu ötən ayın 27-də törətməsi məlum olub.
B.H. izahatında bildirib ki, Yeni il ərəfəsində içki içib, pulu olmadığı üçün Göygöl rayon qəbiristanlığından oğurluq etmək qərarına gəlib. O, həmin gün içkili halda qəbiristanlıqdan 4 ədəd qara mərmər güldanı qopararaq sellofan paketə qoyub. Həmin güldanları sata bilmədiyi üçün yaşadığı evin həyətində saxlayıb.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs bir ay müddətinə inzibati tənbeh növündə həbs olunub.
Seçilən
14
50
oxu.az

10Mənbələr