AZ

Güneyli fəal təkadamlıq kameraya salınıb

Marağa zindanında bir ildir həbs cəzası çəkən Muxtar İbrahimi aclıq aksiyasına başlayıb. Hüquqlarından məhrum edilən güneyli fəal iki gün öncə başladığı aksiyadan sonra təkadamlıq kameraya salınıb.

Məlumata görə, fəal cəzasının yarıdan çoxunu çəkib və bir müddət əvvəl şərti azadlığa çıxmaq üçün müraciət etmişdi. Bununla belə, prokuror bildirib ki, bu tələbin qəbul edilməsinin şərti İbrahiminin azadlığa çıxdıqdan sonra siyasi fəaliyyətdən çəkinməyə dair öhdəlik imzalamaqdır.

Qeyd edək ki, həbsxana rəsmiləri böyrək ağrılarından əziyyət çəkən Muxtar İbrahimini tibb mərkəzlərinə göndərməkdən imtina etməyə davam edirlər.

Seçilən
22
vaxt.az

1Mənbələr