Ajans.az xəbər verir ki, bu barədə Bundesverin generalı Andre Bodemann BR24 telekanalına müsahibəsində bildirib.
“Hüquqi baxımdan biz müharibə vəziyyətində deyilik, lakin mənim fikrimcə, uzun müddətdir ki, sülh yoxdur”, - deyə, Bodemann bildirib.
Alman hərbçiləri xəbərdarlıq edib ki, Almaniya Avropanın mərkəzində yerləşən geostrateji mövqeyinə görə Rusiya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə əsas rol oynamalı olacaq.