Qəzzada ölənlərin sayı 47 mini keçdi
2023-cü il oktyabrın 7-dən Qəzza zolağında aparılan hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 47 mini keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sektorda Fələstin-İsrail münaqişəsinin yeni raundunda ölənlərin sayı 47 035 nəfər olub, 111 mindən çox insan isə yaralanıb.