Misli Premyer Liqasında qış fasiləsi başa çatdı. Komandaların qısa fasilədən necə yararlandığını 19-cu tur aydın şəkildə göstərdi. Sensasiyanın qeydə alınmadığı turda qüvvələr nisbətində kardinal dəyişikliyin olmadığını da gördük.
“Qarabağ” – “Şamaxı” 3:2
Qollar: Nəriman Axundzadə, 4. Aleksey Kaşuk, 29. Cəlal Hüseynov, 72-öz qapısına - Belajdi Pusi, 14. Brahim Konate, 39.
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 99. Mateus Koxalski, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov (k), 18. Cəlal Hüseynov, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 93. Brahim Konate, 30. Andrey Tirkoveanu, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 14. Vüsal Məsimov, 23. Murad Vəliyev, 19. Fəxri Məmmədli, 89. Cəfər Muxtarov, 12. Maykl Tuik, 32. Vasiliye Radenoviç, 3. Vladislav Veremeyev
Baş məşqçi: Ayxan Abbasov
Fasilədə Juninyonu Braziliyaya yola salan “Qarabağ” onun yoxluğunu çox da hiss etmədi. Hər halda “Şamaxı”yla oyun yüksək məhsuldarlıqla keçdi və üç qola sevinən “köhlən atlar” 3 xalı da bayram etdi. Qeyd etmək lazımdır ki, qonaqlar güclü rəqibinə qarşı sona qədər döyüşdü. “Şamaxı” belə davam edərsə, çempionatın qalan hissəsində çox rəqibinə başağrısı ola bilər.
Respublika stadionunda keçirilən qarşılaşmada “qol pərdəsi”ni Nəriman Axundzadə 4-cü dəqiqədə açdı. 10 dəqiqə sonra “Şamaxı” hesabı bərabərləşdirdi. Kaşuk 29-cu dəqiqədə fərqlənməklə “Qarabağ”ı növbəti dəfə hesabda önə çıxardı. Maraqlıdır ki, “Şamaxı” bu dəfə də 10 dəqiqə sonra hesabı bərabərləşdirdi. Belədə komandalar fasiləyə 2:2 hesablı bərabərliklə yollandılar. İkinci hissədə “Qarabağ” qələbə üçün lazım olan qolu vurmağı bacardı. Daha doğrusu, bu işdə onlara “Şamaxı”nın müdafiəçisi Cəlal Hüseynov kömək etdi. Onun 72-ci dəqiqədə öz komandasının qapısına vurduğu qol oyunda sonuncu oldu və “Qarabağ” 3:2 hesablı qələbəyə sevindi. Liderin hesabındakı xal 50-ə bərabərdir. “Şamaxı” isə 17 xalla 8-ci yerdədir.
“Zirə” - “Araz-Naxçıvan” 1:0
Qol: İsmayıl İbrahimli, 4.
"Zirə": 13. Aydın Bayramov 7. Məqsəd İsayev 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 4. Ruan Renato 10. Giorgi Papunaşvili 23. Rafael Utziq 3. Ange Mutsinzi 24. Yusuf Laval 17. Ayron Qomis 19. Salifu Suma
Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 16. Fuad Bayramov 14. Elçin Əlicanov 11. Rüstəm Əhmədzadə 29. Ceyhun Nuriyev 22. İldar Alekperov 5. Stefan Aka 90. Davit Volkov 70. İssa Cibrila 15. Pyer Zebli 18. Junior Martins
Baş məşqçi: Rəşad Sadıqov
"Araz-Naxçıvan": 12. Kristian Avram 5. Qara Qarayev 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 2. Slavik Alxasov 16. Ramon Maçado 29. Vanderson Melo 23. Nuno Rodriqes 4. İqor Ribeyro 97. Felipe Santos 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 6. Vadim Abdullayev 7. Ülvi İsgəndərov 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 24. Mustafa Əhmədzadə 71. Sənan Ağalarov 21. Sezar Meza Kolli 17. İssuf Paro 8. Karlos Jatoba 14. Miço Kuzmanoviç
Baş məşqçi: Elmar Baxşıyev
Bu turun ən vacib qələbəsini “Zirə” qazandı. Qəsəbə təmsilçisi ikinci yerdə gedən “Araz Naxçıvan”ı məğlub etməklə gümüş medallara bir qədər yaxınlaşmış oldu. Elmar Baxşıyevin komandası açıq-aşkar böhran yaşayır. “Araz Naxçıvan” ardıcıl üç oyunda xalsız qalıb. “Zirə” İsmayıl İbrahimlinin 4-cü dəqiqədə vurduğun qol sayəsində qələbə qazandı. Qonaqların cavab qolu vurmaq üçün xeyli vaxtı olsa da, bunu həyata keçirmək mümkün olmadı. Biz “Araz Naxçıvan”ın 1:0 hesablı qələbələrinə adət etmişdik. Bu dəfə əyalət təmsilçisi özü bu hesabla yenildi.
39 xalı olan “Araz Naxçıvan” hələ də ikinci sıradadır. Amma qələbə sayəsində “Zirə” rəqibinə bir qədər yaxınlaşıb, artıq bu iki komanda arasında cəmi 6 xal fərq var. Qəsəbə təmsilçisi 33 xalla 3-cü yerdə qərarlaşıb.
“Sumqayıt” - “Səbail” 0:2
Qollar: Rüfət Abdullazadə, 48; 79.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 24. Sənan Muradlı, 19. Roi Kehat, 12. Giorgi Karaişvili, 5. Alan Dias, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 7. Rövlan Muradov, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 66. Ruslan Əliyev, 75. Nadir Orucov, 57. Hüseyn Fərəcli.
Baş məşqçi: Vaqif Cavadov
“Səbail”: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə (k), 8. Qorka Laruçça, 3. Dmitro Litvin, 4. Marko Nikoliç, 7. Madi Queta, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 99. İnnosent Nşuti, 5. Gitay Sofir.
Baş məşqçi: Cavid Hüseynov.
Qışda heyəti bir qədər də zəifləyən “Sumqayıt” autsayder “Səbail”ə məğlub oldu. Özü də bu qələbə Cavid Hüseynov üçün “dənizçilər”in sükanı arxasında ilk oldu. Sumqayıtda keçirilən qarşılaşmanın taleyini Rüfət Abdullazadə həll etdi. Gənc futbolçu 48 və 79-cu dəqiqədə vurduğu qollarla “dubl”unu rəsmiləşdirdə və komandasına 3 xal qazandırdı. “Səbail” bu qələbə sayəsində xalını 12-ə yüksəldib, sonuncu pilləni bir günlük də olsa, tərk etdi. “Kəpəz”in Tovuzda qazandığı qələbədən sonra komandalar öz mövqelərinə qayıtdılar. “Sumqayıt” isə 20 xalla 6-cı sıranı tutur.
“Kəpəz” – “Turan Tovuz” 5:2
Qollar: Turan Manafov, 17; 56. Yeqor Xvalko, 42. Mahamadu Ba, 75. Karim Lkoça, 90+3 - Kristian da Silva, 5. Rəhim Sadıxov, 34
"Kəpəz"in hücumçusu Luis Paçu 55-ci dəqiqədə penaltidən yaralana bilməyib (qapıçı).
“Kəpəz”: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov. 10. Karim Lkoça, 88. Şevroni Mabatşoev, 77. Viktor Braqa.
Baş məşqçi: Azər Bağırov.
“Turan Tovuz”: 1. İvan Konovalov, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 17. Rəhim Sadıxov, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 9. Kristian da Silva (k), 15. Emmanuel Hakman. 80. Otto Con, 6. Araş Qaderi.
Ehtiyat oyunçular: 41. Sergey Samok. 71. Mehman Hacıyev, 10. Xəyal Nəcəfov. 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 20. İbrahim Ramazanov, 30. Mircamal Əlizadə, 23. Alexandro Serrano, 40. Kauan Martins, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdıyev.
“Qərb derbisi”ndə qapılara 7 qol vuruldu. Nominal meydan sahibləri “Kəpəz” “Turan Tovuz”un qapısına 5 dəfə yol tapmaqla vacib qələbəni bayram etdi. Tovuz təmsilçisi bu qollardan yalnız ikisinə cavab verə bildi. Maraqlıdır ki, görüşdə hesabı açan tərəf də elə “Turan Tovuz” olmuşdu. 5-ci dəqiqədə hesabı açan Tovuz komandası bu üstünlüyü əldə saxlaya bilmədi və tezliklə hər şey “Kəpəz”in xeyrinə cərəyan etməyə başladı. Azər Bağırovun komanda hələ bir penaltini qola çevirə bilmədi. Əks halda hesab Kurban Berdıyev və onun komandası üçün daha acınacaqlı ola bilərdi.
Xalını 14-ə çatdıran “Kəpəz” 9-cu pilləni də özünə qaytarmağı bacardı. “Turan Tovuz”un əvvəlkə əzmkarlığından əsər-əlamət isə qalmayıb. 32 xalla 4-cü pillədə qərarlaşan Berdıyev komandası liderdən 18 xal geridə qalır.
“Neftçi” – “Sabah” 1:1
Qollar: Andrey Ştoqrin, 80 - Azər Salahlı, 78- öz qapısına
“Neftçi”: 1. Emil Balayev (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 13. Emil Səfərov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 30. Rustam Samigullin, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 23. Robert Bauer, 88. Andrey Ştoqrin, 20. Alfa Konte, 18. Ryonosuke Ohori.
Baş məşqçi: Samir Abasov.
“Sabah”: 1. Yusif İmanov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev (k), 6. Abdulax Xaybulaev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 18. Pavol Safranko, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal.
Ehtiyat oyunçular: 94. Rəvan Mirzəmmədov, 89. Rauf Əyyubov, 10. Namik Ələskərov, 4. Elvin Camalov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 88. Xəyal Əliyev, 11. Kahim Parris, 12. Vinsent Til, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.
Turun son qarşılaşmasında qalib müəyyənləşmədi. Elə tərəflərin heç-heçəyə razı olduğu də elə ilk dəqiqələrdən görünürdü. Ehtiyatlı oyuna üstünlük verən “Neftçi” ilə “Sabah” sonda həm 1 qola, həm də 1 xala sevindilər. “Sabah”ın hesabı açdığı epizodda qarışıqlıq zamanı top Azər Salahlının ayağına dəyərək tora daxil oldu. Buna qədər Emil Balayev bir neçə epizodda “Neftçi”ni qoldan xilas etmişdi. Amma avtoloq epizodu zamanı o da çarəsiz idi. Tezliklə “Neftçi” hesabı bərabərləşdirdi. Avtoqoldan iki dəqiqə sonra Ştroqin fərqləndi və ədaləti bərpa etdi. Görüş elə 1:1 hesabıyla da yekunlaşdı.
27 xallı “Sabah” hələ də 5-ci sıradadır, mükafatçılar sırasından uzaqdadır. “Neftçi” isə cəmi 18 xal toplayıb ki, bu xal ehtiyatı yalnız 7-ci pillədə yer almağa kifayət edir.
Amal Abuşov