Bakı, TurkicWorld
Türk Dünyası İnsan Resurslarının İnkişafı İnstitutunun Türk Dövlətləri Təşkilatı çərçivəsində Türkiyədə fəaliyyəti başlayıb.
TurkicWorld Xəbər verir ki, Qırğızıstan, Özbəkistan və Türkmənistanın mülki idarəçilərindən ibarət 30 nəfərlik nümayəndə heyəti yanvarın 26-dək Türkiyədə müvafiq təşkilatlarda müxtəlif təlim proqramlarında iştirak edərək təcrübə qazanacaq.
Türkiyəyə gələn bu heyət, Prezident administrasiyasının İnsan Resursları İdarəsinin rəisi Dos. Dr. Salim Atay ilə Prezident kitabxanasında görüşüb.
Salim Atay, bu təşkilatın Prezident administrasiyasının İnsan Resursları İdarəsinin Türkiyədə 4 ölkənin nümayəndəsi ilə təşkil etdiyi ilk təşkilat olduğunu bildirib.
"Ölkəmizdəki müvafiq təşkilatların və nazirliklərin işlərini yerində görmək və müvafiq təlimlər almaq fürsətinizdən əlavə, bizim də bir-birimizlə tanışmaq və görüşmək imkanımız olacaq”, - deyə o qeyd edib.