AZ

Azərbaycan Könüllüləri 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anıblar (FOTO)

Bakı. Trend:

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar AzərbaycanKönüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən 20 Yanvarşəhidlərinin xatirəsi böyük ehtiramla anılıb.

AKTİ-dən Trend-ə verilən məlumata görə, ölkənin aparıcı könüllütəşkilatlarını təmsil edən ümumilikdə 300-dən çox AzərbaycanKönüllüsü, təşkilat rəhbərləri ölkəmizin azadlığı və müstəqilliyiuğrunda canından keçən qəhrəmanların şərəfli xatirəsinə ehtiramifadəsi olaraq Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizinməzarları önünə tər gül dəstələri düzüblər.

Həmçinin, Azərbaycan Könüllü Təşkilatları İttifaqınıntəşkilatçılığı ilə həyata keçirilən "Milli Kimlik" İdeolojiHazırlıq Proqramının növbəti görüşü 20 Yanvar faciəsinə həsredilib. Görüş 20 Yanvar şahidi, Azərbaycan Fotoqraflar Birliyininİdarə Heyətinin üzvü, o tarixi günlərin əsas foto çəkilişlərininmüəlliflərindən biri Rauf Umudov ilə baş tutub. Görüşdə iştirakedən könüllülərə xalqımızın mübariz ruhunu və birlik mesajını əksetdirən anlar haqqında ətraflı məlumat verilib. Könüllülərhadisələr və çəkilən fotoşəkillərin arxa planı ilə bağlı maraqlısuallar ünvanlayıb, şəhidlərin xatirəsinə göstərilən hörmətinəbədiləşdirilməsi üçün bu cür materialların vacibliyivurğulanıb.

20 Yanvar faciəsinə həsr olunan bu tədbirlər gənclər vəkönüllülər üçün həm milli, həm də fərdi səviyyədə böyük əhəmiyyətkəsb edir. Bu cür fəaliyyətlər onların tarixi və milli kimliklərinidaha dərindən dərk etmələrinə, vətənpərvərlik ruhunugücləndirmələrinə və özlərinin cəmiyyət üçün məsuliyyət daşıyanfərdlər olaraq formalaşmalarına töhfə verir.

Bu gün Ulu Öndər Heydər Əliyevin əziz ruhu, ölkəmizinmüstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütünşəhidlərin ruhu şaddır. Azərbaycan xalqı illərdir arzuladığı tarixiədaləti bərpa edib. Prezident, Müzəffər Ali Baş Komandan İlhamƏliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun qəhrəmanlığısayəsində xalqımızın 30 illik həsrəti sona çatıb. Torpaqlarımızerməni işğalından azad edilib, vətənimizin ərazi bütövlüyü bərpaolunub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
18
7
az.trend.az

8Mənbələr