AZ

Konte “Napoli”nin A Seriyasındakı liderliyindən söhbət açdı

“Napoli”nin baş məşqçisi, italyan mütəxəssis Antonio Konte “eşşəkciklər”in İtaliya A Seriyasındakı liderliyindən söhbət açıb.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə qənaətini təqdim edir:

“Mən düşünürəm ki, bizim daha çox vaxtımız olsaydı, daha da yaxşı çıxış edərdik. Vurğulamaq istəyirəm ki, komandam çətinliklərin öhdəsindən gəlməyi öyrənib. Eyni zamanda, həm zədə baxımından, həm də transfer bazarında fəsadlarımız var. Bu vəziyyətlər hər kəsi üzüb yıxa bilərdi, amma biz hələ də ayaqdayıq, dayanıb duruş gətiririk.

Biz şikayətlənmirik, işimizi davam etdiririk və mən həmişə deyirəm ki, mənim ixtiyarımda çox işləməyə hazır futbolçular var. Hər bir şəxsiin tərəqqisi bizə komanda olaraq böyüməyə imkan verir”, deyə Konte vurğulayıb.

Cari mövsümdə keçirdiyi 21 oyunda 50 xal toplamış “Napoli” İtaliya A Sesriyasının yarış cədvəlinin zirvəsində şərti lider mövqeyindədir. 20 oyundan 47 xalla 2-ci pillədə qərarlaşmış “İnter” “eşşəkciklər”i daban-daban təqib edir.

Seçilən
25
arena.az

1Mənbələr