İkinci dəfə ABŞ-ın Prezidenti vəzifəsinə seçilən Donald Trampın andiçmə mərasimi başlayıb.
Publika.az xəbər verir ki, tədbir Kapitoli binasında keçirilir.
Qeyd edək ki, Tramp Kapitol binasının rotundasında and içəcək. 1985-ci ildən bəri bu otaqda inauqurasiya keçirilmir. Vaşinqtonda hökm sürən kəskin soyuq hava şəraiti ilə əlaqədar mərasimin burada keçirilməsi qərara alınıb.
Donald Tramp ilk dəfə 2016-2020-ci illərdə ABŞ-ın 45-ci Prezident olaraq bu vəzifəni icra edib.