“Komo” “Barselona”nın gənc futbolçusu Aleks Valyeni sıralarına qatmağa çalışır.
İnsayder Fabritsio Romanonun məlumatına görə, İtaliya klubu 20 yaşlı cinah müdafiəçisi üçün danışıqlara başlayıb. “Seltik”də icarə əsasında çıxış edən ispaniyalı futbolçunu komoluları çalışdıran Fransesk Fabreqas komandasında görmək istəyir.
Aleksin “Seltik”dəki icarə müddəti bu ilin yayında sona çatacaq. O, bu mövsüm Şotlandiya komandasının heyətində 18 oyuna çıxıb və 5 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta