"Vest Hem" heyətini gücləndirmək üçün variantları araşdırır.
90deqiqe.Az "Football Insider"ə istinadən xəbər verir ki, London klubu "Korintians"ın hücumçusu Yuri Alberto ilə maraqlanır.
"Çəkicçilər" 23 yaşlı futbolçu üçün 20 milyon funt-sterlinq (təxminən 23 milyon avro) ödəməyə hazırdır.
2022-ci ilin əvvəlində Yuri Alberto "Zenit"ə keçib. Braziliyalı Sankt-Peterburq təmsilçisinin heyətində cəmi 15 oyun keçirib və bu oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə edib. "Vest Hem" hazırda İngiltərə Premyer Liqasının cədvəlində 14-cü yerdədir. Komandanın növbəti oyunu bazar günü səfərdə "Aston Villa" ilə olacaq.