AZ

Gəncədə kişi şortiklə həyətə çıxdığı üçün bıçaqlandı - TƏFƏRRÜATLAR VİDEO

Gəncədə qonşular arasında dava qanla bitib.

Xezerxeber.az xəbər verir ki, Adilxan Ziyadxanov küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerləşən yataqxanada kirayədə yaşayan Samux rayon sakini,  İlimşah Şahvələdov axşam saatlarında qonşu gənclər tərəfindən bıçaqlanıb.

Qonşuluqda yaşayanlar iddia edib ki, dava salan və İlimşah Şahvələdovu bıçaqlayan şəxs həmin vaxt sərxoş olub.

Hadisə ilə bağlı saxlanılan var.

İnsident zamanı çiyin nahiyəsindən yaralanan İlimşah Şahvələdov xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Vəziyyəti qənaətbəxş qiymətlədirilir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
31
xezerxeber.az

1Mənbələr