AZ

İdman direktoru onu razı saldı

Ronald Arauxonun “Barselona”nı bu ay tərk edə biləcəyi ilə bağlı ehtimal aradan qalxıb.

O, artıq gələcəyi ilə bağlı qərar verib. Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, 25 yaşlı müdafiəçi Kataloniya klubunu bu ay tərk etməyəcək. Klubun idman direktoru Deku Souzanın uruqvaylı oyunçu ilə apardığı danışıqlardan sonra səbəbkar “Yuventus”un təklifini geri çevirib. “Barselona” rəhbərliyi Arauxo ilə yeni müqavilə imzalamağa hazırlaşır. Hazırda danışıqlar davam edir və proses müsbət yöndədi.

Qeyd edək ki, Ronald bu mövsüm ağır zədə səbəbindən “Barselona”nın heyətində yalnız 2 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Seçilən
22
football-plus.az

1Mənbələr