Bu gün ABŞ-da Bayden dövrü başa çatır və dörd il sonra Donald Tramp erası yenidən başlayır.
Paytaxt Vaşinqtonda havanın mənfi 11 dərəcə olması səbəbindən yeni prezident Trampın andiçmə mərasimi Kapitoli binasına köçürülüb. Bu, Ronald Reyqanın 1985-ci ildə ikinci inauqurasiyasından sonra ilk qapalı inauqurasiya olacaq.
Andiçmə mərasiminin 1985-ci ildən bəri ilk dəfə qapalı məkana keçirilməsinin bir səbəbi var. 1841-ci ildə ABŞ-ın 9-cu prezidenti Uilyam Harrison soyuq, yağışlı havada inauqurasiya zamanı sətəlcəm olmuşdu və bir ay sonra vəfat etmişdi.
Mərasimi açıq havada izləməyi planlaşdıran 220.000 bileti olan ziyarətçinin çoxu buna görə də çöldə qalacaq.
TAHİR