AZ

Maluda futbolu yox, bu peşəni seçdi

Fransa millisinin sabiq hücumçusu Floran Maluda maraqlı peşə seçimi ilə diqqət çəkib.

Fanat.Az xəbər verir ki, daha çox "Çelsi"dəki çıxışı ilə yadda qalan 44 yaşlı veteran hərbçi olmaq qərarına gəlib.

O, doğulduğu Qayanada orduya yazılıb. Keçmiş forvard zabit kimi xidmət edəcək. Qayana qanunlarına görə ictimai xadimlər və tanınmış şəxslər əsgər olmadan zabit qismində fəaliyyət göstərə bilərlər.

Qeyd edək ki, 2004-2012-ci illər aralığında Fransa millsində çıxış edən Maluda "xoruzlar"ın forması ilə çıxdığı 80 oyuna 9 qol vurub. Floran Çelsi"dən başqa, "Olimpik Lion", "Trabzonspor",  "Qenqam" və "Metz"də də top qovub.

Seçilən
14
fanat.az

1Mənbələr