1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Göz yaşları heç vaxt qurumayacaq, bu ağrı Azərbaycan Hava Yollarının təyyarə qəzasında həlak olanların yaxınlarının qəlbində əbədi qalacaq. Qaranı ağartmaqdan, ağı qaraltmaqdan əl çəkə bilməyənlər isə işə başlayıblar".
Oxu.Az xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalının yeni buraxılışında söhbət açılır.
"Bu günlərdə Rusiyanın "Baza Telegram" kanalı təyyarənin ekipajının Rusiya və Qazaxıstan hava limanlarında dispetçerlərlə söhbətlərinin səsyazma stenoqramını dərc edib. Bu məlumatın ardınca dərhal yuxarıdan verilən tesizlərdən sonra çoxsaylı nəşrlər dərc olunub, stenoqramın Bakının yanlış olduğunu sübuta yetirdiyi bildirilib. Yeri gəlmişkən, təəccüblü deyil ki, bu dalğa dərhal Ermənistanda da baş qaldırıb və onlar hətta "Telegram" kanalının Bakının "böhtana görə" Moskvadan üzr istəməli olduğunu da deyiblər".
Daha ətraflı videomaterialda: