AZ

"AZBA Audit and Business Services LTD" işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA

AZBA Audit and Business Services LTD MMC

Hüquqşünas

Son tarix 15 fev 2025 - [email protected]

Vəzifə öhdəlikləri :

  • Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
  • Məhkəmə və ya dövlət orqanlarına sənədlərin təqdim edilməsi;
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
  • Bağlanılması nəzərdə tutulan satınalma müqavilələri (müqavilə üzrə şərtlər- razılaşma, ödəniş və s.) üzrə aparılan danışıqlarda və müqavilələrin tərtibatında iştirak edilməsi;
  • Rəhbərlik tərəfindən göstəriş verilən digər tapşırıqlarının yerinə yetirilməsi;

Namizədə tələblər

  • Hüquq üzrə ali təhsil;
  • Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
  • E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.

Şərtlər:

  • İşçi Azərbaycan Respublikasının qanunvericiliynə əsasən işə götürülür
  • ƏH – 1500 AZN Net (sınaq müddətindən sonra 1700 Net), mukafat/bonuslar nəzərdə tutulub
Seçilən
21
fed.az

1Mənbələr