AZ

Varşavada “20 Yanvar” faciəsinin ildönümü qeyd olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın Polşadakı Səfirliyi və Varşava Universitetinəzdində Azərbaycanşünaslıq Mərkəzinin birgə təşkilatçılığı “20Yanvar” faciəsinin 35-cü ildönümü ilə əlaqədar VarşavaUniversitetinin Şərqşünaslıq fakültələrinin tələbələri və Varşavadayerləşən Boleslav Prus adına 35 nömrəli orta ümumtəhsil məktəbininşagirdləri üçün mühazirə təşkil edilib.

Tədbirlərdə Varşava Universitetinin Şərqşünaslıq fakültəsininmüəllim və tələbə heyəti, məktəbdə baş tutan tədbirdə məktəbrəhbərliyi və şagirdlər iştirak ediblər. Tədbirlərdə AzərbaycanınPolşadakı səfiri Nərgiz Qurbanova tədbir iştirakçılarına “QaraYanvar”ın 35-ci ildönümü mövzusunda mühazirə oxuyub.

Tədbirləri giriş sözü ilə açan səfir N.Qurbanova Azərbaycanxalqının tarixinə qanla yazılmış 1990-cı il 20 Yanvarhadisələrindən artıq 35 il ötdüyünü ifadə edərək bu qanlı faciəninxalqımızın tarixinə haqq və ədalətin müdafiəsi naminə küçələrəçıxmış silahsız insanların qəddarcasına qətlə yetirilməsi, hərbitəcavüz və cinayətə məruz qalması, eyni zamanda bir xalqın milliazadlığı və müstəqilliyi uğrunda mərd Vətən övladlarınıncanlarından keçərək şəhidlik zirvəsinə yüksəlməsi kimi daxilolduğunu diqqətə çatdırıb.

Sovet rejimi hərb maşınının istiqlaliyyət, azadlıq, suverenlikistəyi ilə yaşayan Azərbaycan xalqının iradəsini qırmaq,demokratiya tələblərini boğmaq üçün 20 yanvar 1990-cı il tarixindəqabaqcadan hazırlanmış təcavüzkarlıq aktını həyata keçirərək ağırcinayət törətdiyi bildirən N.Qurbanova faciənin ötən əsr boyuxalqımıza qarşı yürüdülmüş məkrli siyasətin növbəti təzahürüolduğunu qeyd edib. Səfir vurğulayıb ki, Sovet rəhbərliyininhimayədarlığı ilə Ermənistanın ölkəmizə qarşı başladığı əsassızərazi iddiaları, 250 mindən artıq soydaşımızın Ermənistanərazisindəki əzəli torpaqlarından qovulması, onlara qarşırepressiya və etnik dözümsüzlük, Azərbaycanı parçalamaq vətorpaqlarını zəbt etmək təşəbbüsləri bu siyasətin digər təzahürüolub.

Səfir 20 Yanvar faciəsi zamanı 147 Azərbaycan vətəndaşının şəhidolduğunu, 744 nəfərin yaralandığını, 841 nəfərin isə qanunsuz həbsedildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Səfir vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyev bu terror aktına açıq şəkildə etiraz edərək ilk dəfə onasiyasi qiymət verib. 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakıdaimi nümayəndəliyinə gələn dahi siyasi xadim yerli və xarici mediaüçün mətbuat konfransı keçirib və mülki şəxslərin kütləvi şəkildəqətlə yetirilməsini qanuna, demokratiyaya və insanlığa zidd birhərəkət kimi qəti şəkildə qınayıb. Ulu öndər Azərbaycanınprezidenti seçildikdən sonra isə 1994-cü il yanvarın 5-də müvafiqFərmanla parlamentə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətverilməsini tövsiyə edib.

Daha sonra N.Qurbanova Azərbaycanın sınağa çəkildiyi 20 Yanvarhadisələri ilə xalqımızın iradəsinin sındırılmasına çalışılsa da,azadlıq eşqimizin sönmədiyini, igid oğul və qızlarımızınmübarizliyi və qanı hesabına tariximizdə yeni və şanlı birsəhifənin açıldığını, qısa zaman sonra isə azadlıq və müstəqillikhəsrətinə son qoyulduğunu bildirib.

Tədbirlər çərçivəsində qonaqlar 20 Yanvar faciəsini özündə əksetdirən fotolardan ibarət sərgi ilə tanış olublar. Sərgi iki həftədavam edəcək.

Tədbirin sonunda 20 Yanvar gecəsində canlarını qurban vermişsoydaşlarımızın əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Həmçinin, Səfirliyin önündə 20 Yanvar faciəsinin 35-ci ildönümü– Ümumxalq Hüzn Günü ilə əlaqədar xatirə guşəsi yaradılıb.

Varşavada
Varşavada
Varşavada
Varşavada
Varşavada
Varşavada
Varşavada
Varşavada
Varşavada
Varşavada
Seçilən
47
az.trend.az

1Mənbələr