AZ

Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Fransanın paytaxtı Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.

"Report"un yerli bürosu bildirir ki, ölkəmizin Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində diplomatik korpusun nümayəndələri, vəkillər, elm xadimləri, iş adamları, jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva 20 Yanvar faciəsi haqqında məlumat verib, bu qanlı hadisənin ölkəmizin müstəqilliyinə aparan şərəfli yol olduğunu qeyd edib. Diplomat Azərbaycanın bu gün tam müstəqil xarici siyasətə malik olduğunu, torpaqlarını işğaldan azad edərək sərhədlərinin bərpasına nail olan, regionda sülhü qoruyan güclü dövlət olduğunu xüsusi vurğulayıb.

Azərbaycan və dünya bəstəkarlarının musiqilərini pianoda azərbaycanlı pianoçu Səidə Zülfüqarova, tarda Sahib Paşazadə, violonçeldə Guillaume Martigne ifa ediblər. Musiqiçiləri soprano Omo Bello müşayiət edib.

Seçilən
30
1
report.az

2Mənbələr