AZ

Kiçik, fizioloji həlqə hüdudlarında göbək yırtığı hərbi xidmətkeçməyə mane olmur

Yırtıq qapılarının, müsbət “öskürək təkanı” simptomunun olması ilə yırtıqlar, habelə yırtıq kisəsi və yırtıq möhtəviyyatı olmayan yırtıqlar və funksiya pozulması olmadan qida borusu dəliyi yırtığı (QBDY) “c” bəndinə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

Kiçik, fizioloji həlqə hüdudlarında göbək yırtığı, qarının ağ xəttinin peritonönü piy şişi, habelə fiziki yük, gücənmə zamanı yırtıq şişi olmadan qasıq həlqələrinin genişlənməsi bu maddənin tətbiqi üçün əsas deyildir və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, hərbi liseylərə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olmağa mane olmur.

 

Seçilən
36
heftelik.az

1Mənbələr