Vaşinqton, 21 yanvar, AZƏRTAC
Con Ratklifin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsinə namizədliyi Senatın Kəşfiyyat Komitəsi tərəfindən təsdiqlənib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə komitənin sədri Tom Kotton açıqlama verib. O bildirib ki, Ratklifin namizədliyinin lehinə 14, əleyhinə 3 səs verilib. Lehinə səs verənlərin Demokratlar Partiyasının nümayəndələri olduğu qeyd olunub.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton