AZ

Panama prezidenti Trampın Panama kanalı ilə bağlı iddialarını rədd edib

Bakı. Trend:

Panama prezidenti Xose Raul Mulino ABŞ prezidenti Donald TrampınPanama kanalına nəzarəti ələ keçirmək niyyətində olduğuna dairfikirlərini rədd edib.

Trend-in məlumatına görə, bu barədə Panama prezidenti "X" sosialşəbəkəsində yazıb.

"Panama Respublikası və onun xalqı adından Prezident DonaldTrampın Panama və onun kanalı ilə bağlı inauqurasiya nitqindəsəsləndirdiyi bəyanatları qətiyyətlə rədd etməliyəm. KanalPanamanın bir hissəsi olub və olaraq qalır, onun rəhbərliyi daimineytrallığına ciddi riayət etməklə, Panama nəzarəti altındaqalacaq", - deyə o bildirib.

Qeyd edək ki, D.Tramp öz çıxışında Panama kanalını yaxıngələcəkdə ABŞ-nin nəzarətinə qaytarmaq planlarını açıqlayıb və1977-ci ildə imzalanmış müqaviləni səhv adlandırıb.

Seçilən
28
az.trend.az

1Mənbələr