AZ

Kazan və Ulyanovsk hava limanları müvəqqəti bağlanıb

Kazan və Ulyanovsk hava limanlarında təhlükəsizliyin təmin edilməsi məqsədilə təyyarələrin gəliş-gedişinə məhdudiyyətlər tətbiq edilib...

Poliqon xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako özünün Telegram kanalında məlumat verib.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün bu gün səhər tezdən Kazan və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, deyə o yazıb.

O əlavə edib ki, təyyarənin ekipajları, hava dispetçerləri və aeroport xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər.

İlkin olaraq, qərar bu şəhərlərdə pilotsuz təyyarələrin hücumu təhlükəsi ilə bağlıdır.

Poliqon.info

Seçilən
42
1
poliqon.info

10Mənbələr