Bakının Səbail rayonunda 19 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb. AzPost “Report” xəbər verir ki, 2006-cı il təvəllüdlü Mehdiyev Yusif Azər oğlu kiçik elektrik nəqliyyat vasitəsi (skuter – red) ilə hərəkətdə olarkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunundan çıxarış: Maddə 46
Bunlar moped sürücüsü üçün qadağandır.
– sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla hərəkət etmək