ABŞ-ın Viskonsin ştatında 19 yaşlı gənc “TikTok” sosial media tətbiqini qadağan edən qanuna etiraz olaraq, tətbiqin əlehdarı kimi tanınan konqresmen Qlen Qrotmanın regional ofisinin olduğu İş Mərkəzini yandırıb.
“İki sahil” xəbər verir ki, Fond Du Lac bölgəsinin polisi ofislərin yerləşdiyi binanın yandırılması ilə bağlı açıqlama yayıb.
Açıqlamada respublikaçı konqresmen Qrotmanın icarəyə götürdüyü ofisin yerləşdiyi binanın yandırıldığı və şübhəlinin saxlanıldığı bildirilib.
Açıqlamada hadisə zamanı binada heç kimin olmadığı və yanğının söndürüldüyü qeyd edilib. Bildirilib ki, dindirmə zamanı 19 yaşlı şübhəli əməlini etiraf edərək, TikTok-un qadağan edilməsi ilə bağlı müzakirələrə etiraz olaraq yanğın dörətdiyini deyib.
Xatırladaq ki, yanvarın 19-da ABŞ Ali Məhkəməsinin təsdiq etdiyi qadağanın qüvvəyə minməsindən sonra ölkədə TikTok sosial media platforması giriş dayandırılıb.
Məlumata görə, TikTok ilə yanaşı CapCut da bloklanıb.
Daha sonra TikTok ölkədə xidmətini bərpa edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”