AZ

Tramp durmaq bilmir - ABŞ-ı bu təşkilatdan çıxartdı, Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan etdi

Image

Yenicə Prezident fəaliyyətinə başlayan ABŞ Prezidenti Donald Tramp durmadan fərmanlar imzalayır. Ağ Evin yeni sahibi Meksika ilə milli sərhəddə fövqəladə vəziyyətin elan edilməsinə dair fərman imzalayıb. Bu fərmana əsasən Tramp administrasiyası ABŞ ordusundan qeyri-qanuni immiqrasiyaya qarşı mübarizədə istifadə etmək, transmilli dəstələrlə və narkotik ticarəti ilə mübarizə aparmaq, həmçinin qanunsuz miqrantların kütləvi deportasiyasını həyata keçirmək niyyətindədir. Yeni prezident Oval ofisdə eyni zamanda qanuni statusu olmayam miqrantların yeni doğulmuş övladlarına vətəndaşlığın verilməsinin dayandırılmasına dair də fərman imzalayıb.

Bundan başqa, D.Tramp  ölkəsinin təşkilatı tərk etməsinə dair fərman imzalayıb. Tramp ÜST-nin COVID-19 pandemiyası ilə mübarizəsinin düzgün aparılmamasına etiraz olaraq bu addımı atıb. Daha əvvəl Tramp ilk prezidentliyi dövründə, pandemiyanın hökm sürdüyü 2020-ci ildə o, ÜST-dən çıxmaq prosesinə başlamışdı.

Mətləb Salahov






Seçilən
20
33
baki-xeber.com

10Mənbələr