AZ

"Qalatasaray"ın istədiyi hücumçu Bundesliqa klubuna keçir

Qış transfer çalışmalarını davam edən "Qalatasaray" "Marsel"in hücumçusu ilə maraqlanır. 

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Super Liqa klubunun marağına baxmayaraq, Elye Vahi karyerasını Almaniya çempionatında davam etdirəcək. 

Belə ki, 22 yaşlı fransız Bundesliqa təmsilçilərindən "Ayntraxt Frankfurt"la anlaşıb. 

"Marsel"in baş məşqçisi Roberto De Zerbi qeyri-sabitliyinə görə Vahiyə güvənmir.

Qeyd edək ki, "Marsel" Elye Vahini mövsümün əvvəlində 25 milyon avro qarşılığında "Lens"dən heyətinə qatmışdı. Vahi bu mövsüm 14 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Rafinyadan Yamala jest

Arda Turanın yetirməsi “cimbom”da

İsmail Kartal İran klubunda

Özbək futbolçu “Siti”də - rəsmi

Mourinyonun şərabı satışa çıxarıldı

Seçilən
44
27
apasport.az

10Mənbələr