AZ

America First: ABŞ-ın xarici siyasəti Trampın dövründə daha aqressiv olacaq

Rio-de-Janeyro Federal Universitetinin (Inest/UFF) Strateji Araşdırmalar İnstitutunun beynəlxalq əlaqələr üzrə müəllimi Tiaqo Rodriqes açıqlamasında Donald Tramp dövründə ABŞ-ın xarici siyasətinin gələcəyini dəyərləndirib.

Editor.az xəbər verir ki, Donald Trampın ABŞ-ın qlobal sui-qəsdlərin qurbanı olması ilə bağlı açıqlamalarına diqqət çəkən Rodrigues bu məsələ ilə bağlı şərh verib: “Bu cür “qurban” ifadələri həmişə narahatlıq doğurur, çünki bu yolla milli cəmiyyət səfərbər olunmağa və kənar hücumlardan müdafiəyə hazır olmağa çalışır. Amma reallıqda bu hücumlar olmadığı üçün cəmiyyət əslində hücuma, yəni xarici siyasətdə aqressiv addımlara hazırlaşır”.

Trampın yeni prezidentliyinin əsas xarici siyasət məsələsinin Çin olacağını bildirən braziliyalı ekspert ABŞ-ın xarici siyasətindən Latın Amerikası, Avropa və Ukraynanın da təsirlənəcəyini düşünür. Ən çox “çaxnaşma yaratmalı” şəxsin Volodimir Zelenski olduğunu bildirən Rodrigues sözlərini belə davam etdirib: “Tramp (Rusiya prezidenti Vladimir) Putinlə ilk səlahiyyət müddətində yaxşı anlaşıb və mənə elə gəlir ki, Trampın dövründə güzəştlərə getmək və Rusiya ilə barışmaq Vaşinqtonun geosiyasi hesablamalarının bir hissəsi olacaq. Krımda belə idi və bütün göstəricilər göstərir ki, indi də belə olacaq”.

Bu fikirlə razılaşan Braziliya Universitetindən (UnB) həmkarı Roberto Qulart Menezesin sözlərinə görə, Qərb yarımkürəsinə gəlincə, Kuba və Venesuela ən güclü təzyiqi hiss edəcək. Venesuelanın qonşu Qayanaya qarşı ərazi iddiaları kontekstində Amazon bölgəsində ABŞ hərbi bazası yaradıla biləcəyini ifadə edən Menenzes bunun Braziliyanı da narahat etdiyini qeyd edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
4
editor.az

1Mənbələr